XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

10 İyun 2020 - 20:29

Gürcüstanda koronavirus:yoluxanların sayı 827 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 5 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı 827 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 3230 nəfər karantində saxlanılır, 285 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 690 nəfər sağalıb, 13-ü isə dünyasını dəyişib.