Mayın 26-dan bəri, afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq keçirilən etiraz aksoyalarında polislə jurnalistlər arasında 405 insident yaşanıb.
APA-nın məlumatına görə, bu barədə media nümayəndələrinin hüquqlarının müdafiəsi ilə məşğul olan və 10-dan çox qeyri-kommersiya təşkilatlarını birləşdirən “Press Freedom Tracker” ötən gün Twitter-də məlumat yerləşdirib.
Assosiasiya mayın 26-dan iyunun 10-dək ölkənin 34 əyalətinin 64 şəhərində vəziyyət barədə qısa məlumat verib: “Bu dövrdə ABŞ-ın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı mətbuat azadlığının pozulması nəticəsində 405-dən çox hadisə qeydə alınıb – Media nümayəndələrinin 58-i həbs olunub, onlara qarşı 86 hücumlar edilib. Bunlardan 54-ü ABŞ polis tərəfindən həyata keçirilib, 53 video kamera yarasız hala düşüb, media qrumlarının binalarına ciddi ziyan vurulub”.
Qeyd olunub ki, jurnalistlərin iştirak etdiyi aksiyalarda – Minneapolisdə 66, Vaşinqtonda 27 və Nyu-Yorkda 23 qanun pozuntusu baş verib.