XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2020 - 09:43

Belçika şahzadəsi cərimələndi –Karantin qaydalarını pozduğuna görə

İspaniya hakimiyyəti ölkə ərazisinə gələrək karantin qaydalarını pozduğuna görə Belçika şahzadəsi İoahimi cərimələyib.

“RİA Novosti” xəbər verir ki, Belçika kralı Filippin qardaşı oğlu və şahzadə Astridin oğlu İoahim mayın 24-də Madridə gəlib və həmin gün qatarla Kordovaya (Əndəlüs vilayəti) gedərək iki əyləncə gecəsində iştirak edib. İoahimi növbəti gün özündə koronavirus simptomlarını hiss edib və mayın 28-də COVID-19-la bağlı analizin müsbət nəticəsini alıb.

Şahzadə xaricdən gələnlər üçün müəyyən edilmiş iki həftəlik karantin qaydalarını pozub. Bundan başqa, əvvəlki versiyaya görə, şahzadənin iştirak etdiyi əyləncə gecəsində 27 nəfər iştirak edib, ancaq qanuna görə Kordovada 15 nəfərdən çox şəxs toplaşa bilər. Lakin araşdırma nəticəsində müəyyən edilib ki, hər iki əyləncə gecəsində 12-15 nəfər iştirak edib.

Bildirilir ki, bununla bağlı araşdırma davam edir. Məlumata görə, şahzadən ilə ünsiyyətdə olmuş bir nəfərdə koronavirus aşkar edilib.

İspaniya hökumətinin Kordovadakı nümayəndəliyinə Belçika şahzadəsini 10 400 avro cərimə etmək barədə göstəriş verib. Şahzadənin cəriməni ödəmək üçün (əgər o bunu könüllü etməyə razılaşsa, vəsaitin 50%-ini ödəyəcək) və ya ondan şikayət etmək üçün 2 həftə vaxtı var/Report.