XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2020 - 11:14

ABŞ konqresmenləri İvanişviliyə sanksiya tətbiq olunmasını tələb etdi:“O, Putinin yaxın müttəfiqidir..."

ABŞ-ın respublikaçı konqresmenləri Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Bu təşəbbüslə ABŞ Konqresində respublikaçıların ən çoxsaylı fraksiyası – “Respublikaçı Tədqiqat Komitəsi” çıxış edib.

İyunun 9-da komitə “Amerikanın güclənməsi və qlobal təhlükələrə qarşı durma” adlı məruzə təqdim edib. Sənəddə B.İvanişvilinin adı “keçmiş sovet respublikalarının suverenliyini sarsıdan” “Putinin əcnəbi dostları” arasında çəkilib.

Məruzədə qeyd olunub ki, B.İvanişvili Gürcüstanın ən zəngin insanıdır: “O, Putinin yaxın müttəfiqidir və Rusiyanın adından Gürcüstanda qeyri-sabitliyin yaradılmasında iştirak edir”.

Report