Pakistanda son sutka ərzində 5 834 nəfər yeni növ koronavirusa yoluxub. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 119 536-ya çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son sutkada 101 nəfər virusun qurbanı olub. Ümumilikdə koronavirus 2 356 nəfərin ölümünə səbəb olub. Eyni zamanda, 38 391 nəfər virusdan sağalaraq evə buraxılıb.
Xatırladaq ki, daha əvvəl Pakistanın Baş naziri İmran Xan ölkədə koronavirusa yoluxmanın iyul-avqust aylarında pik nöqtəyə çatacağını bildirmişdi.
Qeyd edək ki, Pakistan hökuməti mayın 9-da tikinti şirkətlərinə, dar profilli tibb şöbələrinə, bazarlara və dükanlara işləməyə icazə verməklə müəyyən məhdudiyyətləri aradan qaldırıb. Ciddi sanitar tələblərə baxmayaraq, yeni yoluxma hallarının sayı artıb/Report.