XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2020 - 13:25

Ukrayna səfiri Gürcüstan XİN-ə çağrılacaq –Gərginlik

“Ukraynanın Gürcüstandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması nəzərdə tutulub”.

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, səfirin XİN-ə çağrılması Mixeil Saakaşvilinin son bəyanatları ilə bağlıdır.

Nazir qeyd edib ki, həmin bəyanatlar Ukrayna vətəndaşının Gürcüstanın daxili siyasətinə birbaşa müdaxilədir.

Qeyd edək ki, M.Saakaşvili “Facebook” səhifəsində videmüraciət yayaraq Gürcüstanın dağıdılması prosesini sakit müşahidə etmək niyyətində olmadığını deyib/Report.