XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2020 - 14:07

XİN başçısı:“Gürcüstanın “Şərq Tərəfdaşlığı” ilə bağlı daha böyük planları var”

“Gürcüstanın “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı daha böyük və ambisiyalı planları var”.

Bunu ölkənin xarici işlər naziri David Zalkaliani deyib.

Nazir Aİ-nin bu təşəbbüsünün Gürcüstana əhəmiyyətli nəticələr verdiyini bildirib: “Şərq Tərəfdaşlığı” bizi Avropa İttifaqına üzvlük məqsədimizə yaxınlaşdırır”.

D.Zalkaliani qeyd edib ki, iyunun 18-də “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələri liderlərinin videokonfransı təşkil olunacaq: “Bu gün xarici işlər nazirlərinin videokonfrans formatında keçiriləcək görüşündə bu tədbirə hazırlıq məsələləri müzakirə ediləcək”.

XİN başçısı qeyd edib ki, Gürcüstanı liderlərin videokonfransında baş nazir Giorgi Qaxaria təmsil edəcək/Report.