XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2020 - 14:57

İranda koronavirus:son sutkada 78 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 78 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla ölkədə koronavirusdan ölənlərin sayı 8584 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2238 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 180156 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 142663 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2728 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)