XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2020 - 21:15

Lavrov:“12 dövlət başçısı Qələbə Paradında iştirakını təsdiqləyib”

“12 dövlət başçısı Qələbə Paradında iştirakını təsdiqləyib”.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

O, 9 may tarixində keçirilməsi planlaşdırılan parada dəvətnamələrin qüvvədə qalması ilə bağlı dəvət olunanları məlumatlandırdıqlarını qeyd edib: “Artıq 12 dövlət başçısından paradda iştirak edəcəkləri ilə bağlı təsdiq almışıq. Onların əksəriyyəti MDB-yə üzv dövlətlərin başçılarıdır”.

APA