XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

11 İyun 2020 - 21:04

ABŞ Ukraynaya hərbi yardım ayırıb – 250 milyon dollar məbləğində

ABŞ hökuməti 2020-ci maliyyə ilində Ukraynaya 250 milyon dollar məbləğində hərbi yardım ayırıb.

Bu barədə ABŞ-ın Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, həmin vəsait Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü (USAİ) çərçivəsində ölkənin özünü Rusiya təcavüzünə qarşı daha səmərəli qorumaq imkanlarını gücləndirmək üçün təlim, ləvazimat, məşvərət tədbirləri üçün sərf olunacaq.

Bu yardımın Birləşmiş Ştatlarla Rusiya ilə strateji qarşıdurmanın ön xəttində kritik tərəfdaş ölkə olan Ukrayna arasındakı uzunmüddətli müdafiə əlaqələrinə töhfə olduğu bildirilir. ABŞ Ukraynanın suvernliyi və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsindəki ərazi bütövlüyünü dəstəkləməkdə bundan sonra da davam edəcəyini bəyan edir/Report.