XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 11:05

ABŞ-ın xüsusi elçisi:“Əfqanıstanda sülh heç vaxt olmadığı qədər yaxındır”

ABŞ-ın xüsusi elçisi Zalmay Xəlilzad Əfqanıstan hökuməti ilə radikal “Taliban” hərəkatı arasında məhbus mübadiləsinin həlledici mərhələyə qədəm qoyduğunu bildirib.

“RİA Novosti” xəbər verir ki, o, bu barədə “Twitter”də yazıb.

“Hökümət tərəfindən 3 mindən çox “Taliban” məhbusunun və “Taliban” tərəfdən isə 500-dən çox əsirin azad edilməsini alqışlayırıq… Əfqanıstan daxilində sülh əldə olunmasına heç vaxt olmadığı qədər yaxşıyıq. Hər iki tərəf ən qısa zamanda danışıqlar masasına əyləşmək üçün çalışmalıdır”, – ABŞ emissarı vurğulayıb.

Qeyd edək ki, fevralın sonunda Qətərdə təşkil olunan mərasimdə ABŞ və “Taliban” radikal qruplaşması 18 ildən çox davam edən müharibə dövründə ilk dəfə sülh sazişi imzalayıb. Saziş özündə xarici qüvvələrin 14 ay ərzində Əfqanıstandan çıxarılmasını və məhbus mübadiləsi razılaşmasından sonra isə mart ayında ölkə daxilində hökumətlə radikal qruplaşma arasında dialoqun başlamasını ehtiva edir. (Report)