XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 12:08

UEFA avrokubokların məkanını müəyyənləşdirib

UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) qalan mərhələlərinin formatını müəyyənləşdirib.

“Sky Sport”un məlumatına görə, qitə futbol qurumu oyunların keçirilməsini qərara alıb.

UEFA İcraiyyə Komitəsi həm ÇL, həm də AL-i 1/4 final mərhələsindən etibarən “8-lər finalı” formatında təşkil etməyi və qarşılaşmaların 1 oyundan ibarət olmasını qərarlaşdırıb. Qurum Avropanın ən nüfuzlu klub turnirinin qalan matçlarının Portuqaliyada, ikinci dərəcəli yarışın isə Almaniyada keçirilməsini istəyir. UEFA Superkubokunun isə Macarıstanda (Budapeşt) təşkili planlaşdırılır.

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu İstanbula, Avropa Liqasının həlledici qarşılaşması isə Qdanska həvalə edilib. UEFA yekun qərarını iyunun 17-də baş tutacaq videokonfransdan sonra açıqlayacaq. (Apasport.az)