Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində yerləşən məsciddə partlayış törədilib.
Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat verib.
Kustar üsulla hazırlanmış bombanın parlaması nəticəsində məscidin imamı da daxil olmaqla, dörd nəfər ölüb.
Hadisə nəticəsində xəsarət alanların olduğu da bildirilir. (apa)