XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 14:52

Türkiyədən Çin və ABŞ-a aviareyslər bərpa olunur- Gələn həftədən

“Türk Hava Yolları” (THY) aviaşirkətinin bu ay üçün nəzərdə tutulan beynəlxalq uçuş siyahısında iyunun 19-dan etibarən Türkiyədən Uzaq Şərq ölkələri, o cümlədən Çin və ABŞ-a aviareyslərin başlayacağı bildirilir.

Məlumata əsasən, ilkin mərhələdə iyunun 19-dan Çinin Şanxay şəhərinə həftədə bir aviareys keçiriləcək. Eyni tarixdən ABŞ-ın Çikaqo və Vaşinqton şəhərlərinə də uçuşların keçirilməsi nəzərdə tutulur. İyunun 22-dən Mayami, ayın 24-dən isə Los-Angelesə aviareyslər bərpa olunacaq(azərtac).