XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 19:47

İspaniya koronavirusun payız dalğasına hazırlaşır

İspaniya uzunmüddətli karantindən sonra normal həyata qayıdır.

İspaniya hökuməti ölkə sakinləri üçün karantindən sonrakı yaşam qaydalarını hazırlayıb. İyunun 21-də başlanması nəzərdə tutulan həmin müddət koronavirusa qarşı vaksin tapılana qədər davam edəcək. Mütəxəssislər yayda yoluxmanın artacağını mümkün saysalar da, vəziyyətin nəzarətdə olduğunu bildirirlər. Koronavirusun ikinci dalğasının payıza təsadüf ediləcəyi və onun qrip dalğası ilə üst-üstə düşəcəyi ehtimal olunur.

Bu səbəbdən İspaniyanın Səhiyyə Nazirliyi və Muxtar İcmalar riskləri azaltmağa çalışır və növbəti dəfə səhiyyə sistemini gücləndirirlər. Qrip əleyhinə kampaniyaya mümkün qədər tez, oktyabrın ilk həftələrində başlamaq nəzərdə tutulur. Bu məqsədlə qripə qarşı kifayət qədər vaksin alınması planlaşdırılır. Səhiyyə Nazirliyi hazırlıq kampaniyası çərçivəsində muxtar qurumlar üçün dörd milyon dozalıq vaksin almağı öhdəsinə götürüb.

Payızda qripə qarşı peyvənd tibb işçilərinin 75 faizini, habelə əhalinin ən həssas təbəqələrini, o cümlədən 65 yaşdan yuxarı olan insanları, hamilə qadınları və başqalarını əhatə edəcək(azərtac).