XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 17:14

Ukrayna Prezidentinin xanımı koronavirusa yoluxub

Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.

“Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanın COVID-19 analizinin nəticəsi müsbət çıxıb. Birinci xanım özünü yaxşı hiss edir və onda xəstəliyin simptomları yoxdur. Xanım Zelenskaya hazırda ev şəraitində müalicə olunur və o, ailə üzvlərindən təcrid olunub”, – deyə məlumatda bildirilib.

Prezident V. Zelenski və övladları da COVID-19 analizi verib, lakin onların analizlərinin nəticələri mənfi olub.

Zelenskayanın hansı şəraitdə infeksiyaya yoluxması barədə məlumat verilməyib. (apa)