XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 19:35

Pandemiya nə zaman bitəcək? –Rusiya alimlərindən iddialı proqnoz

Rusiya alimlərinin koronavirus epidemiyasının bitəcəyi tarixlə bağlı proqnozları açıqlanıb.

“Kommersant” qəzetində dərc edilən məlumatda yalnız Rusiyada pandemiyanın nə zaman başa çatacağına dair alimlərin rəyi yer alıb.

Rusiyanın Kimya-Texnologiya Universitetinin alimlərinə istinad edən qəzet yazır ki, Rusiyada pandemiyanın iyul ayının sonunda başa çatacağı gözlənilir.

Belə ki, mütəxəssislərin hazırladıqları xüsusi riyazi modelə görə, epidemiyanın yekunlaşdığı dövrdə ölkədə koronavirusa yoluxanların sayı 524 min nəfər olacaq. Və bundan sonra epidemiya səngiyərək, başa çatacaq. Lakin rusiyalı mütəxəssislər ikinci dalğanın baş verməsini də istisna etmirlər.

Ancaq qeyd olunur ki, məşhur Sinqapur Texnologiya Universiteti Rusiyada pandemiyanın yalnız avqustun sonunda başa çatacağını iddia edib.

Lakin Sinqapur alimlərinin proqnozlarına şübhə ilə yanaşanlar çoxdur. Çünki onların indiyə qədər verdikləri proqnozların böyük əksəriyyəti özünü doğrultmayıb. Misal üçün sözügedən univüesitet ABŞ, Fransa, Türkiyə kimi ölkələrdə pandemiyanın artıq may ayında yekunlaşacağını proqnoz etmişdi…

Qeyd edək ki, rəsmi məlumata görə, təkcə ötən gün Rusiyada 9 min yeni yoluxma faktı qeydə alınıb. Buna baxmayaraq, paytaxt Moskvada karantin qadağaları, özünütəcrid tələbləri götürülüb. (AzPolitika.info)