Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 15 nəfər ölüb.
Bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 41013 şübhəli koronavirus testindən keçib, onlardan 1095-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4778 nəfər ölüb, 175218 nəfər bu infeksiyaya yoluxub, 149102 nəfəri isə müalicə olunub.
Bu gün 1242 xəstə sağalaraq evə buraxılıb.
Nazir bildirib ki, vırusun yayılması qüsurlu humanizmdən yararlanır. (apa)