XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

13 İyun 2020 - 00:07

Corc Floydun öldürüldüyü şəhərdə fövqəladə vəziyyət ləğv edildi –Minneapolis Şəhər Şurası

ABŞ-ın Minnesota ştatının Minneapolis Şəhər Şurası yekdilliklə kütləvi qarışıqlıqlarla əlaqədar elan edilmiş fövqəladə vəziyyət rejiminin ləğvinə səs verib.

Bu barədə şuranın saytında deyilir.

Minneapolisdə və bir sıra başqa şəhərlərdə qarışıqlıqlar iki həftə əvvəl polis tərəfindən afroamerikalı Corc Floydun öldürülməsindən sonra başlayıb. Mayın 25-də şəhərdə polis əməkdaşları afroamerikalı Corc Floydu saxlayıblar. Saxlanılma zamanı polis əməkdaşı dizi ilə onun boynunu sıxıb. Floyd boğulduğunu desə də, asayiş keşikçiləri buna məhəl qoymayıblar. Nəticədə afroamerikalının səhhəti pisləşib. O, yerləşdirildiyi xəstəxananın reanimasiya şöbəsində ölüb.

Corc Floyd Texas ştatının Hyuston şəhərində dəfn edilib.

Bu, ABŞ-da kütləvi etirazlara və qarışıqlıqlara səbəb olub. Hadisə ilə əlaqədar bir neçə polis əməkdaşı işdən çıxarılıb.

Baş verənlərlə bağlı Minneapolisdə və digər şəhərlərdə fövqəladə vəziyyət rejimi elan edilib. (report)