XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 June 2020 - 13:54

Rusiyada koronavirus:yoluxanların sayı 520 mini keçdi

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 8 706 nəfər virusa yoluxub, 114 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 520 129 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 6 829 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 274 641 nəfər virusdan sağalıb, 238 659 nəfərin müalicəsi isə davam edir.