XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

13 İyun 2020 - 16:37

Polşa Avropa İttifaqı ölkələri ilə sərhədlərini açıb- Bu gündən

Polşa iyunun 13-dən etibarən Avropa İttifaqı ölkələri ilə sərhədlərini açıb. Koronavirusun yenidən yayılması təhlükəsinin qalmasına baxmayaraq, bu addım biznes və turizmin inkişafı üçün atılıb.

Polşa ötən gecədən etibarən artıq Almaniya, Çexiya və Slovakiya ilə quru sərhədlərini açıb, gediş-gəliş bərpa olunub. Litva ilə sərhədlər isə dünəndən etibarən açıqdır.

Qeyd edək ki, Polşa koronavirusun yayılmasının qarşısını almaq üçün martın ortalarında xarici sərhədlərini bağlamışdı.

Polşa Avropa İttifaqı ölkələri üçün sərhədləri açsa da, Böyük Britaniya, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə ilə bağlı məsələ hələ də sual altındadır(azərtac).