Fransa iyunun 15-də saat 00:00-dan etibarən sərhədlərini açacaq.
Bu haqda Xarici İşlər naziri İv Lö Drian və Daxili İşlər naziri Kristof Kastaner məlumat verib.
Bildirilib ki, iyulun 1-dən etibarən Fransa Şengen zonasına daxil olmayan ölkələr üçün də tədricən sərhədlərini açacaq. Bu zaman ölkələrdə mövcud sanitar vəziyyətə uyğun qaydalar tətbiq ediləcək. Nazirlər xatırladıblar ki, İspaniya ilə sərhədlər iyunun 21-də açılacaq və 14 günlük karantin rejimi tətbiq olunacaq. Sərhədlərin açılması ilə bağlı qərar Avropa Komissiyasının gələn həftə təqdim edəcəyi tövsiyələrə uyğun qəbul olunub(azərtac).