XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

13 İyun 2020 - 19:55

Norveç sərhədlərinin açıldığını elan edib- Skandinaviya ölkələri üçün

Norveç hökuməti Skandinaviya ölkələrinin əksər sakinləri üçün sərhədlərin açılmasını elan edib.

Azərtac Norveç hökumətinin mətbuat üçün yaydığı məlumata istinadla xəbər verir ki, iyunun 15-dən başlayaraq krallıq öz sərhədlərini qismən açacaq, lakin koronavirus infeksiyasının yüksək səviyyədə qeydə alındığı regionlardan gələn insanlar üçün karantin qaydaları və bu ölkəyə girişlə bağlı məhdudiyyətlər tətbiq edəcək. Elə regionlar mövcuddur ki, onlara Norveçə giriş qaydaları artıq tətbiq olunmur və Xarici İşlər Nazirliyinin səfərlər barədə tövsiyələrindən kənarlaşdırılacaq. İstisna əsasən Danimarka, Finlandiya və İslandiya vətəndaşlarına aid ediləcək, onlar yaxın vaxtlarda Norveçə sərbəst şəkildə səfər edə biləcəklər. Lakin İsveç vətəndaşları ölkədə mürəkkəb epidemioloji vəziyyət səbəbindən bu siyahıdan kənarlaşdırılıb.

Norveçin Baş Naziri Erna Sulberq deyib: “Biz uzunmüddətli strategiyamıza müvafiq olaraq sərhədlərimizi birgə, ehtiyatla və tədricən açmağa başlamışıq. Növbəti addım müəyyən edilmiş kriteriyalara uyğun şəkildə şimal regionuna turizm səfərlərinə icazə verilməsi olacaq”. Norveç hökumətinin başçısı düşünülməmiş qərarlardan çəkinməyi məsləhət görüb: “Əgər biz çoxsaylı məhdudiyyətləri eyni vaxtda yüngülləşdirsək, o zaman nəzarəti itirməyə risk edirik, ən pis halda isə yenidən sərt məhdudiyyətlər tətbiq etmək lazım gələ bilər”.

Ayrı-ayrı ölkələrlə sərhədlərin açılmasından ötrü Norveç hökuməti səfərlərə məhdudiyyətin götürülməsi kriteriyalarını işləyib hazırlayıb. Bu kriteriyalara COVID-19-a yoluxanların sayının əhalinin sayına nisbəti, yaxın vaxtlarda reanimasiyaya yerləşdirilənlərin sayı və nəticəsi müsbət olan testlərin sayı daxildir. Digər kriteriyalara testləşdirilmə, izlənmə sistemi, həmçinin səyahət edən insanlar üçün məlumatlar aid edilir.

Finlandiya, İslandiya, Qrenlandiya, Farer Adaları və Danimarkanın bütün regionları hazırda Norveçin kriteriyalarına uyğun gəlir. Yüksək yoluxma riskinin mövcud olduğu şimal ölkələri regionlarındakı evlərinə gedən norveçlilər əvvəlki kimi, Norveçə qayıtdıqdan sonra karantin tədbirlərinə məruz qalacaqlar.

Qeyd edək ki, Norveçin Xarici İşlər Nazirliyi əvvəlki kimi Avropanın şimal regionu hüdudlarından kənarda yerləşən bütün ölkələrə gərəksiz səfərlər etməməyi məsləhət görür.