XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

13 İyun 2020 - 20:21

Lavrov və Şoyqu sabah Türkiyəyə səfər edəcək- Səbəb

Rusiyanın Xarici İşlər və Müdafiə nazirləri regional problemlərlə bağlı məsləhətləşmələr üçün sabah Türkiyəyə səfər edəcəklər.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə , bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat Departamenti məlumat yayıb .

“Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə olunan razılığa əsasən Sergey Lavrov və Sergey Şoyqunun rəhbərlik etdikləri Rusiya nümayəndə heyəti qarşılıqlı maraqların olduğu regional problemlərlə bağlı məsləhətləşmələr aparmaq üçün iyunun 14-də Türkiyəyə səfər edəcək”, – deyə Rusiya XIN-in məlumatında qeyd olunub.