XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

13 İyun 2020 - 21:59

İtaliyada koronavirusdan ölənlərin sayı 34,3 mini keçib

İtaliyada son sutka ərzində daha 346 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Məlumata görə, bu günədək ölkədə 236 651 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 78 nəfər artaraq ümumilikdə 34 301 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 174 865 xəstə sağalıb.