XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

13 İyun 2020 - 22:49

Türkiyədə daha 14 nəfər koronavirusdan ölüb- 1095 nəfər isə yoluxub

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 14 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 45 092 şübhəli koronavirus testindən keçib, onlardan 1095-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4792 nəfər ölüb, 176 677 nəfər bu infeksiyaya yoluxub, 150 087 nəfəri isə müalicə olunub. Bu gün daha 985 xəstə sağalaraq evə buraxılıb.