XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2020 - 09:25

Nigeriyada terror hücumu:60-dan çox insan öldürülüb

Nigeriyanın şimal-şərqində silahlıların hücumları nəticəsində 60-dan çox insan həlak olub.

Bu barədə yerli sakinlərə istinadən “Reuters” agentliyi bildirib.

Məlumata görə, hadisə Borno ştatında, Manquno və Nqanzay ərazilərində baş verib. Ağır silahlarla, o cümlədən qumbaraatanlarla silahlanmış terrorçular azı 20 hərbçi və 40-dan çox mülki şəxsi öldürüblər.

Şahidlərin sözlərinə görə, hücum zamanı yüzlərlə sakin xəsarət alıb.

Həmçinin qeyd edilir ki, silahlılar polis bölməsini və BMT-nin humanitar köməyinin mərkəzini yandırıblar. /Report