XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 İyun 2020 - 10:05

Daha 247 nəfərin COVID-19 testi müsbət çıxdı –Almaniyada

Almaniyada son sutkada koronavirusa yoluxanların sayında artım baş verib.

Bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, son bir gündə ölkədə koronavirusdan daha 6 nəfər vəfat edib, 247 nəfərin koronavirus testləri müsbət çıxıb.

Bildirilir ki, son statistikalar da daxil olmaqla, ölkədə koronavirusa yoluxanların sayı 186 269 nəfərə çatıb.

Pandemiya ərzində Qərbi Avropa ölkəsində 8 787 nəfər virusdan ölüb.

Virusa ən çox yoluxma halları Bavariyada (47 626) qeydə alınıb. Eyni zamanda Şimali Reyn-Vestfaliyada (39 233) və Baden-Vürtemberqdə (35 090) qeydə alınıb. /Report