XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

14 İyun 2020 - 10:45

Pekində bir gündə 36 nəfər koronavirusa yoluxdu –Çinin paytaxtı fövqəladə vəziyyətə hazırlaşır

Pekinin “Sinfandi” ət və kənd təsərrüfatı məhsullarının topdansatış bazarında COVID-19 infeksiyası aşkar edildikdən sonra Çinin paytaxtı fövqəladə vəziyyətə hazırlaşır.

Bu barədə Pekin Şəhər Təbliğat İdarəsi rəhbərinin müavini Hyu Heczyan bildirib.

Qeyd olunub ki, iyunun 13-də şəhərdə 36 nəfərin virusa yoluxması aşkarlanıb.

Bundan əvvəl bazarın 46 işçisində COVID-19 testi pozitiv çıxmışdı.

Artıq şəhərdə xüsusi qərargah yaradılıb. Mümkün yoluxma hallarının müəyyən edilməsi üçün mayın 30-dan bəri bazara baş çəkənlərin, habelə orada çalışanların yaxın təmasda olduğu şəxslərin müəyyən edilərək testdən keçirilməsi prosesinə başlayıblar.

Eyni zamanda virusa yoluxma hallarının aşkarlanmasından sonra orta məktəblərin 1-3-cü sinif şagirdləri üçün iyunun 15-də dərslərin başlaması ilə bağlı qərarı ləğv edilib. /Report