Livanın şimalında yerləşən Tripoli şəhərində nümayişçilərlə hərbçilər arasında baş verən toqquşmalarda onlarla insan yaralanıb.
Xəsarət alanların 20-si hərbçilərdir.
“RİA Novosti” xəbər verir ki, bu barədə Livanın milli agentliyi “NNA” məlumat yayıb.
Ardıcıl üç gündür davam edən nümayişlərdə vətəndaşlar ölkədə pisləşən iqtisadi vəziyyətə, yoxsulluq və aclığa etiraz edirlər.
Qeyd olunub ki, dünənki toqquşmalarda iyirmi hərbçi daxil olmaqla 80-dən çox insan yaralanıb/Report.