“Qərb terrorizmlə mübarizədə sözü və əməlində ziddiyyətlə üzləşib və bu önəmli məsələ terrorizmlə real və köklü mübarizəni problemlə üzləşdirib”.
Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri İranın keçmiş prezidenti Haşimi Rəfsəncani Fransanın sabiq baş naziri Fransis Filvenlə görüşündə bildirib.
O, Avropa Birliyinin Ərəibstanın Yəməndəki müharibəsi ilə bağlı mövqeyinə toxunaraq deyib: “Ərəbistanın əsaslı yanlışlıqlarından biri bəzi ərəb ölkələri ilə koalisiya quraraq Yəməndə müharibə yaratmasıdır”.
Məsləhət Şurasının rəhbəri Yəməndə müharibənin Ərəbistan üçün baha başa gələcəyini bəyan edərək bildirib: “Ərəbistan bu müharibədə çox xəsarət ala bilər və sonda atəşkəsi qəbul etməyə məcbur olacaq”.