XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 June 2020 - 18:37

Ermənistanda polis deputatlara güc tətbiq edib, xəsarət alanlar var –VİDEO

Ermənistanda polis müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana qarşı 3 cinayət işinin açılması və ifadəyə çağırılmasına etiraz edən deputatlara qarşı güc tətbiq edilib.

 “news.am” saytının verdiyi məlumata görə, aksiyada deputatlar İvetta Tonoyan, Naira Zoqrabyan, Karine Poqosyan, Arman Abovyan, Qevork Petrosyan iştirak ediblər.  

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısına toplaşan aksiyaçıları dağıtmaq üçün xüsusi polis qüvvələrindən istifadə edilib.

Deputatlar zorla Xancyan küçəsindən uzaqlaşdırılıb. Polisin güc tətbiq etməsi nəticəsində deputatlardan Karine Poqosyan və Arman Abovyan xəsarət alıb, Caanibek Ayrapetyanı isə polislər sürüyüb.

Digər deputatlar Caanibek Ayrapetyanın hara aparıldığını bilmədiklərini söyləyiblər. Bir müddət sonra isə polis həmin deputatın ərazidən uzaqlaşdırıldığını bildirib/APA.