XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2020 - 09:25

Koronavirusa ən yüksək yoluxma riskli yerlər açıqlandı

İnsanların ofislər, kinoteatrlar, dini müəssisələr və teatrlar kimi kütləvi toplaşma məkanları koronavirusun yayılması nöqteyi-nəzərindən ən təhlükəli yerlərdir.

Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzinin tədqiqatında deyilir.

Mərkəzin əməkdaşları bu nəticəyə gəliblər ki, yoluxma üçün minlərlə virus hissəciyinin orqanizmə düşməsi lazımdır. Alimlər təhlil ediblər ki, infeksiyaya yoluxmuş şəxsin nəfəs alması zamanı havaya təxminən 20 virus hissəciyi düşür. Bu say danışıq vaxtı 200 təşkil edir. İnfeksiya daşıyıcısı öskürən və ya asqıran zaman havaya 200 milyon hissəcik yayılır.

Bu halda pis havalanan yerlərdə virus bir neçə saat boyunca aktiv qala bilər.

Bununla əlaqədar olaraq mütəxəssislər belə nəticəyə gəldilər ki, virusa yoluxma riski idman meydançalarında və ya konsert zallarında, kinoteatrlarda, iş yerlərində və məktəbdə, ictimai qidalanma müəssisələrində və insanların kütləvi toplaşdıqları başqa yerlərdə daha yüksəkdir. (report)