XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2020 - 09:59

Almaniyada koronavirus xəstələrinin sayı 186,4 mini ötdü –Robert Kox İnstitutu

Almaniyada son gündə koronavirusa daha 192 yoluxma təsdiq edilib.

Bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, son sutkada təhlükəli virusdan daha 4 nəfər ölüb.

Qeyd edilir ki, virusun yayılmasının başlanğıcından Almaniyada həkimlər infeksiyaya 186 461 yoluxma aşkarlayıblar. Pandemiya müddətində koronavirusdan 8 791 pasiyent ölüb. Bununla yanaşı, virusa yoluxmuş təxminən 172,6 min insan sağalıb.

Virusa yoluxmanın hallarının ən böyük miqdarı Bavariyada (47 642), Şimali Reyn-Vestfaliyada (39 307) və Baden-Vürtemberqdə (35 090) qeydə alınıb. Berlində 7 322 nəfərdə infeksiyaya yoluxma aşkarlanıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report)