XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2020 - 10:11

ABŞ-da etiraz aksiyası zamanı kütləyə atəş açılıb: 2 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində baş verən atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

“Fox” telekanalının verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.

Polisin bildirdiyinə görə, şənbə günü axşam saat 6 radələrində naməlum şəxslər Atlantanın şərqindəki “Edgewood” ərazisində etiraz aksiyasına toplaşan kütləyə avtomobildən atəş açıblar.

Yaralılar ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb. (apa)