XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2020 - 10:59

Gürcüstanda sərnişin qatarlarının hərəkəti bərpa edilib

Gürcüstanda şəhərlərarası sərnişin qatarlarının hərəkəti bərpa edilib.

Gürcüstan hökümətinin qərarına əsasən bu gündən etibarən qatarla sərnişin daşımaları səhiyyə nazirliyinin hazırladığı qaydalar əsasında davam etdiriləcək. Qaydalara əsasən, sərnişinlər vaqonlara daxil olmadan termal yoxlanışdan keçirilir, vaqonlarda isə onlardan sosial məsafəni qoruma, dezinfeksiyaedici maddələrdən istifadə etmək və tibbi maska taxmaq tələb edilir. Bundan başqa, vaqonlarda kitab, jurnal, qəzet, qulaqcıq paylanılmaası qadağan edilib. 

Qeyd edək ki, Gürcüstanda koronavirusla bağlı epidemioloji vəziyyətin pisləşməsi səbəbi ilə martın 31-də sərnişin qatarlarının hərəkəti məhdudlaşdırılıb. (apa)