XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2020 - 11:10

Birbaşa xarici investisiyalar bu il 40% azala bilər – BMT

Yeni növ koronavirus pandemiyası səbəbindən bu il dünyada birbaşa xarici investisiyalar 40%, 2021-ci ildə isə 5-10% azala bilər. Bununla belə, cari ildəki azalmanın 38%-i MDB və Cənubi və Şərqi Avropa ölkələri üçün proqnozlaşdırılır.

Bu barədə bu gün Cenevrədə dərc olunmuş BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında deyilir.

“Qlobal birbaşa xarici investisiyaların axını, proqnoza görə, 2020-ci ildə 40%-ə qədər azalacaq. Bu o deməkdir ki, 2019-cu ildə 1,54 trln. ABŞ dolları təşkil edən xarici birbaşa investisiyalar 2005-ci ildən bəri ilk dəfə 1 trln. dollar səviyyəsindən aşağı düşəcək. Bundan əlavə, xarici birbaşa investisiyaların 2021-ci ildə daha 5-10% civarında azalması gözlənilir”, – hesabatda bildirilir.

Bərpa prosesinin 2022-ci ildə başlayacağı deyilir.

Latın Amerikasında azalma ikiqat, Asiyanın inkişafda olan ölkələrində 30-45%, Afrikada 25-40%, sənayeləşmiş ölkələrdə də həmçinin 25-40% olacağı proqnozlaşdırılır. Hesabatda bildirilir ki, pandemiya Cənubi və Şərqi Avropa ölkələri, MDB ölkələri və Gürcüstan iqtisadiyyatlarına ciddi təsir edib. UNCTAD-ın proqnozuna görə, sözügedən regionda azalma 38% təşkil edəcək. Xüsusilə, Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistanda təbii ehtiyatlara əsaslanan layihələrin perspektivləri azalmaya doğru yenidən nəzərdən keçirilir. (apa)