XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2020 - 11:34

Ukraynada koronavirusdan ölənlərin sayı 900-ü ötdü –Səhiyyə Nazirliyi

Ukraynada daha 656 nəfərdə koronavirus aşkarlanıb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, Şərqi Avropa ölkəsində son sutkada 12 nəfər pandemiyanın qurbanı olub.

Beləliklə, Ukraynada indiyədək 31 810 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 901 nəfər ölüb, 14 253 nəfər isə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,9 milyonu ötüb. Bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 435 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)