XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2020 - 12:36

Dünyada koronavirus:yoluxanların sayı 8 milyonu ötdü

Dünyada koronavirusa yoluxan 4 133 880 nəfər sağalıb, 435 840 nəfər isə virusdan ölüb.

İndiyədək 8 006 634 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (2 162 228), Braziliya (867 882) və Rusiyada (537 210) qeydə alınıb.

Qeyd edək ki, iyunun 14-nə olan məlumata görə, Azərbaycanda indiyədək 9 957 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 5 583 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 119 nəfərdir.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 178 239 nəfər yoluxub. Onlardan 4 807 nəfər ölüb, 151 417 nəfər sağalıb. İranda isə 187 427 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 8 837 nəfər pandemiyanın qurbanı olub, 148 674 nəfər sağalıb. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 879-a çatıb. Onların 704-ü artıq sağalıb, 14-ü isə vəfat edib.

Ermənistanda indiyədək 17 064 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 285 nəfər ölüb, 6 276 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)