XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2020 - 16:14

Rusiya Çexiya səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edib –XİN

Rusiya XİN Çexiya səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edib.

Arzuolunmaz şəxs elan olunan çexiyalı diplomatlar ailələri ilə birlikdə iki gün ərzində Rusiya ərazisini tərk etməlidirlər.

Rusiya tərəfinin məlum qərarı bu gün Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunan Çexiyanın Rusiyadakı səfiri Vitezslav Pivonka bildirilib. Qeyd olunub ki, çexiyalı diplomatların “arzuolunmaz şəxs” elan edilməsi Praqanın Rusiya səfirliyinin iki əməkdaşının “absurd və sübutsuz ittihamlarla” ölkədən çıxarılmasına qarşı cavab tədbiridir.

Xatırladaq ki, Çexiya mətbuatı bu ilin aprelin sonunda Praqaya Rusiya diplomatik pasportu ilə bir nəfərin gəldiyi və Sovet marşalı İvan Konevin abidəsinin sökülməsində və Rusiyanın Çexiyadakı Səfirliyinin qarşısındakı meydana Boris Nemtsovun adının verilməsində əlləri olan iki siyasətçini zəhərləmək üçün özü ilə ritsin (zəhərli maddə – red.) gətirdiyi haqqında məlumat yayıb.

RİA “Novosti” Çexiyada arzuolunmaz şəxs elan edilən rusiyalı diplomatların birinin “Rossotrduniçestvo” agentliyinin nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən şəxs, digərinin isə agentliyinin əməkdaşı olması haqqında məlumat yayıb. (apa)