XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 İyun 2020 - 15:59

441 futbolçu təzminat üçün FİFA-ya müraciət edib

441 futbolçu maddi təzminat üçün FİFA-ya müraciət edib.

Onlar ali futbol qurumundan maaşlarının ödənilməsini tələb edib.

Həmin oyunçuların klubları koronavirus pandemiyası səbəbindən borcu ödəyə bilməyənlər, iflas uğrayanlardır. FİFA-ya müraciət edən futbolçuların 81 faizi Avropa klublarında çıxış edir. Qurum Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) tərəfindən müraciətləri qəbul edir.

Klubları müflisləşdiyi üçün maaşlarını ala bilməyən futbolçularla bağlı fond yaradılacaq. Həmin fond iyulun 1-dən fəaliyyətə başlayacaq. (Apasport.az)