XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 June 2020 - 17:59

ABŞ-da bir günə 19 mindən çox yoluxma aşkar edilib –Cons Hopkins Universiteti

ABŞ-da son sutkada 19 532 nəfərdə yeni növ koronavirus aşkar edilib, 296 nəfər COVID-19 pandemiyasının qurbanı olub.

“RİA Novosti” xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetdən verilən məlumata görə, ölkədə yoluxma hallarının ümumi sayı 2 094 069-dur. Toplamda 115 732 nəfər virusdan ölüb. 561 816 nəfər virusdan sağalıb.

Universitetin son məlumatına görə, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 7 936 874 nəfərdir. Virus dünyada 434 minə yaxın insanın ölümünə səbəb olub, 3,79 milyondan çox insan xəstəlikdən sağalıb. (report)