XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 June 2020 - 18:54

Moskvada atışma olub –3 nəfər yaralanıb

Moskvanın qərbində yoldan keçən şəxs travmatik tapançadan polis işçilərinə atəş açıb.

Bu barədə məlumatı Rusiya polisi yayıb.

“Bu gün Lenin prospekti, 156 ünvanı yaxınlığında yol polisi əməkdaşları yol qaydalarını pozduğuna görə taksi sürücüsünü saxlayıb. Yoldan keçən bir vətəndaş polis əməkdaşlarına, ilkin ehtimala görə, travmatik silahdan atəş açıb, nəticədə iki polis yaralanıb”, – polisin məlumatında deyilir.

Qeyd olunur ki, polislər təcavüz edəni zərərsizləşdirmək üçün “Polis haqqında” Federal Qanuna əsasən, odlu silahdan istifadə edib.

***

Moskva şəhərinin Leninskiy prospektində atışma zamanı üç nəfər yaralanıb.

RİA “Novosti”nin verdiyi xəbərə görə, ilkin məlumata görə, atəş taksidən açılıb. Nəticədə, iki polis işçisi və bir sıravi vətəndaş yaralanıb. (apa)