İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı gün ərzində 26 nəfər artıb və ümumilikdə 34 371-ə çatıb.
“TASS” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.
Yeni yoluxma halların gündəlik artımı 303 nəfərdir, bunlardan 259-u ən çox yoluxmanın və ölüm faktlarının qeydə alındığı Lombardiyanın payına düşür. Son 24 saat ərzində 9 bölgədə heç bir yoluxma aşkarlanmayıb, qalan bölgələrdə yeni yoluxma hallarının sayı 10-u keçmir. İtaliyada indiyədək virusa yoluxmuşların sayı 237 290-a çatıb.
Pandemiyanın başlanmasından bəri ümumilikdə 177 010, son 24 saat ərzində 640 nəfər müalicə olunaraq sağalıb. Xəstəxanalarda 3,5 min nəfərdən də az, reanimasiya şöbələrində 207 xəstə qalıb. (report)