XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 June 2020 - 23:16

Çempionlar Liqasında 2020/21 və 2021/22 mövsümünün final matçının məkanı bilinib –UEFA

Çempionlar Liqasında növbəti iki mövsümün final matçlarının məkanı bəlli olub.

“Sky Sport”un məlumatına görə, UEFA ən nüfuzlu klub turnirinin 2020/21 və 2021/22 mövsümünün həlledici görüşlərinin şəhərini müəyyənləşdirib.

Cari mövsümün 1/4 final mərhələsindən bütün oyunlarını Lissabona verən qitə futbol qurumu əvəzində növbəti mövsümün finalını İstanbula həvalə edib. 2022-ci ildəki həlledici qarşılaşma isə Sankt-Peterburqda olacaq. Mənbənin bildirdiyinə görə, UEFA iyunun 17-də keçiriləcək videokonfransında bu qərarını açıqlayacaq.

Qeyd edək ki, Çempionlar Liqası koronavirus pandemiyası səbəbindən 1/8 final mərhələsindən dayandırılıb. Turnirin avqustda bərpası planlaşdırılır. (Apasport.az)