Fransada koronavirus qurbanlarının sayı daha 29 nəfər artıb.
RİA “Novosti” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, ölkədə COVID-19 qurbanlarının sayı 29 436 nəfər təşkil edir.
“Epidemiyanın başlanğıcından Fransada 29 436 nəfər vəfat edib. Onlardan 19 052 nəfəri xəstəxanalarda dünyalarını dəyişib”, – deyə rəsmi məlumatda bildirilir. (report)