XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

16 İyun 2020 - 00:43

Moskvada koronavirus:son sutkada onlarla insan ölüb

Son bir gündə Rusiyanın paytaxtı Moskvada COVID-19-dan 55 nəfər ölüb.

Bu barədə Koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah bildirib.

Qeyd edilir ki, bununla da paytaxtda koronavirus qurbanlarının sayı 3 386 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu ötüb. Bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 436 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)