XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 İyun 2020 - 13:03

ABŞ federal səviyyədə ölüm hökmünü bərpa edir –4 nəfər edam olunacaq

ABŞ-da 2003-cü ildən bəri ilk dəfə edam hökmü federal səviyyədə bərpa ediləcək.

“The Washington Post” xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məhkəmələr uşaq qətlində təqsirləndirilən 4 nəfər barədə ölüm hökmü çıxarıb. Bundan başqa, onlardan ikisi azyaşlıya qarşı təcavüzdə də ittiham olunur.

Cinayətkarlar iyulun 13-ü, 15-i və 17-si, həmçinin avqustun 28-də edam ediləcəklər.

Qeyd edək ki, ABŞ-da sonuncu dəfə federal səviyyədə ölüm hökmü 2003-cü ildə icra olunub. Daha sonra ölkədə ölümcül inyeksiyanın tətbiqi qaydaları federal səviyyədə razılaşdırılmadığından qeyri-rəsmi moratorium qüvvədə idi. Bununla belə, ali cəza tədbiri ştatlar səviyyəsində tətbiq edilir/Report.