XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

16 İyun 2020 - 11:29

Ermənistan parlamentinin qarşısında aksiya keçirilir –Əraziyə polis qüvvələri və su vuran maşınlar cəlb olunub

Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası başlayıb.

“Novosti Armeniya”ya xəbər verir ki, hüquq-mühafizə orqanları narazı kütləyə dağılışmaq əmri verib.

Məlumata görə, polis insanların bir yerə toplaşmasına imkan vermir. Bundan imtina edənlər saxlanılır. Parlamentin binası qarşısına əlavə polis qüvvələri və su vuran maşınlar cəlb olunub.

Bildirilir ki, aksiya iştirakçıları qanunverici orqanın qarşısına Q.Sarukyanın dəstəkləmək üçün toplaşıblar.

Qeyd edək ki, ölkənin Baş Prokurorluğu Çiçəklənən Ermənistan Partiyası və “Sarukyan” fraksiyasının lideri, milyonçu siyasətçi Qaqik Srukyanın deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatət qaldırıb. Hazırda Ermənistan parlamentində bu vəsatət müzakirə olunur.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Çiçəklənən Ermənistan Partiyasının ölkə vilayətlərindəki ofislərində də axtarış aparıblar.

Q.Sarukyan 2017-ci ilin aprelində keçirilən parlament seçkiləri zamanı seçicilərin səsini rüşvətlə almaqda, “gizli səsverməni pozmaq”da ittiham olunur. Bu saxtakarlığın iştirakçısı olmaqda şübhəli bilinən 250 nəfər polis bölməsinə aparılıb.

Partiya sədri Ermənistanın Qeqarkunik vilayətində özünün və başçılıq etdiyi blokun xeyirinə 17 194 seçicinin bülletenə 355 200 ABŞ dolları xərcləyib/Report.