XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

16 İyun 2020 - 14:51

İran XİN başçısı Lavrovla görüşdə:“ABŞ əlindən gələni edir ki, regionda sabitliyi pozsun”

“İran ABŞ-ın Suriyaya göstərdiyi iqtisadi təzyiqdən narahatdır”.

Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə bildirib.

“Biz Suriyadakı siyasi və iqtisadi vəziyyətin inkişafından və ABŞ-ın Suriyaya iqtisadi təzyiq göstərməsindən narahatıq. Bu təzyiq sadə insanlara təsir edir. ABŞ əlindən gələni edir ki, bizim regionda və Suriyada sabitliyi pozsun. Lakin onlar öz məqsədlərinə çatmayacaq”, – deyə İran XİN başçısı vurğulayıb/APA.